Azərbaycan milli komandasında yeni legioner
06 fevral 2013 17:35 (UTC +04:00)

Azərbaycan milli komandasında yeni legioner

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcək.

 

 

Fevralın 14-də isə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcək. Yarış fevralın 17-dək davam edəcək. Döyüşlər hər gün yerli vaxtla saat 14:00-da və 17-də Astana şəhərindəki “Daulet” idman kompleksində keçiriləcək.
 

Komandamızın heyəti
49 kq: Münasib Məmmədov
52 kq: Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev
64 kq: Heybətulla Hacəliyev
69 kq: Tamerlan Abdullayev, Bəhruz Babayev
75 kq: Soltan Migitinov, Emil Əhmədov
81 kq: Rauf Rəhimov
91 kq: Teymur Məmmədov
+91 kq: Kamran Mehdiyev, Əsxab Abdulxaliqov, Aleksandr Babiç
 

Qeyd edək ki, heyətə cəlb olunanlardan Aleksandr Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyəsi ilə Ukraynadan dəvət olunub. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sınaqçı rəqib olması nəzərdə tutulub. Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən, Kiyevdə bir müddət Babiçlə məşq edib. O, Kliçko kimi millimizin baş məşqçisi Vladimir Zolotaryovun yetirməsidir. Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev “Baku Fires” klubunun heyətində olduqlarından, Qazaxıstana getməyiblər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Oxşar yazılar