Azərbaycan klubu texniki məğlubiyyətə hazırdır
21 dekabr 2012 11:27 (UTC +04:00)

Azərbaycan klubu texniki məğlubiyyətə hazırdır

Bakının “Rəvan” klubu AFFA İntizam Komitəsi tərəfindən verilməsi gözlənilən 0:3 hesablı texniki məğlubiyyəti normal qarşılayacaq. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O, Topaz Premyer Liqasının XVIII turunda “Simurq”la oyun zamanı “Rəvan”ın həqiqətən də legioner limitini pozduğunu təsdiqləyib. Şirəliyev bildirib ki, bununla əlaqədar gözlənilən texniki məğlubiyyətlə barışmalı olacaqlar.

 

 

Qeyd edək ki, “Simurq”un 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 68-ci dəqiqəsində “Rəvan”ın heyətində Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib. Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. Bunlardan da 4-ü yerli futbolçu olmalıdır. Həmçinin, bu 4 futbolçudan 1-in yaşı 21-dən yuxarı olmamalıdır.

# 788
avatar

Oxşar yazılar