Azərbaycan idmançısından Soçi olimpiadasına ilk lisenziya!
21 fevral 2013 11:52 (UTC +04:00)

Azərbaycan idmançısından Soçi olimpiadasına ilk lisenziya!

 

Azərbaycan 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Bu haqda Lent.az-a Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva məlumat verib.

 

Nurullayevanın sözlərinə görə, həmin şəxs avstriyalı legioner Patrik Braxnerdir. 21 yaşlı idmançı Avstriyanın Şladminq şəhərində keçirilmiş xizəksürmə üzrə dünya çempionatında slalom yarışlarında 37-ci yeri tutaraq, lisenziya normasını doldurub. Bununla da Braxner olimpiadada iştirak hüququna yiyələnib.

 

Qeyd edək ki, Soçi olimpiadası gələn il fevralın 7-dən 23-dək keçiriləcək. 

# 704
avatar

Oxşar yazılar