Qadın voleybolçular arasında Çempionlar Liqasında yeni mövsümün ilk matçını keçirəcək “Rabitə” Polşaya yollanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ilk turun qarşılaşmasına iki gün əvvəldən yola düşməyi məqsədəuyğun sayıb. Noyabrın 12-də Polşada “Ximik”in qonağı olacaq Bakı klubu matç öncəsi hazırlıqlarını bu ölkədə tamamlayacaq.
Qeyd edək ki, “Ximik” 6 turdan sonra Polşa çempionatında vahid liderdi.