
Azərbaycan çempionatında finalçılar müəyyənləşdi
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzinin meydanına də baş tutan qarşılaşmalardan sonra finalçılar bəlli olub.
Belə ki, öncə “Sərhədçi” “Neftçi” üzərində 2-ci qələbəsini qazanıb. 3 setdə qalib gələn “Sərhədçi” bununla da finala yüksəlib.
“Lokomotiv”lə MOİK-in görüşü isə 4 set davam edib. Sensasiyaya imkan verməyən “dəmiryolçular” finala yüksəlib.
Beləliklə, Azərbaycan çempionu adı uğrunda final matçlarında “Sərhədçi” və “Lokomotiv” üz-üzə gələcək. “Neftçi” və MOİK isə bürünc medallar uğrunda mübarizə aparacaq.
Pley-off mərhələsi
İkinci oyunlar
16 aprel
MOİK – “Lokomotiv” - 1:3 (23:25, 22:25, 25:22, 13:25)
"Sərhədçi" Olimpiya İdman Mərkəzi
İlk oyun: “Lokomotiv” – MOİK - 3:0 (25:20, 25:20, 25:18)
“Neftçi” – “Sərhədçi” - 0:3 (24:26, 25:27, 20:25)
"Sərhədçi" Olimpiya İdman Mərkəzi
İlk oyun: “Sərhədçi” – “Neftçi” - 3:1 (22:25, 25:20, 25:18, 25:22)
Oxşar yazılar

PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04
"Liverpul"un ulduzu klubdan ayrılacağını AÇIQLADI
5 may 2025 , 19:20Tomas Müller karyerasında 35-ci kubokunu qazandı
5 may 2025 , 18:15
Harri Keyn karyerasının ilk kubokunu 31 yaşında qazandı
5 may 2025 , 16:23
Komandası çempion oldu, baş məşqçi sevinmədi
5 may 2025 , 14:11
Klopp “Real”ın təklifindəm imtinaya görə peşman olub
5 may 2025 , 11:28
“Real” Rodriqonun qiymətini AÇIQLADI
4 may 2025 , 16:34