Azərbaycan – Portuqaliya: Start heyətlər açıqlandı
26 mart 2013 20:36 (UTC +04:00)

Azərbaycan – Portuqaliya: Start heyətlər açıqlandı

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək Azərbaycan və Portuqaliya milli komandalarının start heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Berti Foqts millimizin start heyətində Lüksemburqla ötən matçda oynatmadığı Elvin Məmmədova da yer verib.

 

Əvəzində o, Pərdis Fərzad Azadı ehtiyatda saxlayıb. Foqts, həmçinin zədəli Vaqif Cavadovun əvəzinə Cavid Hüseynovu ilk dəqiqələrdən meydana buraxacaq. 

 

Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (kapitan), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 18. Maksim Mevedev, 22. Əfran İsmayılov

 

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 7. İlkin Qırtımov, 8. Pərdis Fərzad-Azad, 9. Cihan Özkara, 13. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov, 21. Vladimir Levin

 

Portuqaliya: 12. Rui Patrisiu, 2. Brunu Alveş, 3. Pepe, 4. Migel Velozo, 5. Fabio Koentrao, 7. Vieyrinya, 8. Joao Moutinyo, 10. Danni, 16. Raul Meyreleş, 21. Joao Pereyra, 23. Elder Poştiqa

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

 

 

# 924
avatar

Oxşar yazılar