Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Norveç oyununun hakimləri bəlli olub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yevgeni Aranovski olacaq. Ona Aleksandr Voytyuk və Semen Şlonçak köməklik edəcəklər. Sergey Bekker isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu noyabrın 16-ı, saat 21:00-da başlayacaq.