Futbol üzrə Azərbaycan milli komandasının Özbəkistan yığması ilə 2013-cü il fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi yoxlama oyununun stadionu və başlama saatı müəyyənləşib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma saat 18:00-da başlayacaq.
Görüş “The Sevens” stadionunda keçiriləcək.