AZAL Avropa Oyunlarının xarici qonaqlarına biletləri 50 faiz endirimlə satacaq
09 iyun 2015 16:52 (UTC +04:00)

AZAL Avropa Oyunlarının xarici qonaqlarına biletləri 50 faiz endirimlə satacaq

0

 

 

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıda keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.

 

AZAL-ın Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, xarici ölkə vətəndaşları I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə bu ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50% endirimlə əldə edə biləcəklər.

 

Qonaqlar akkreditasiya vərəqələrini saxlayaraq yenidən Azərbaycana səfər edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar