Avtoşluq edən futbolçu komandadan qovuldu
25 oktyabr 2014 13:59 (UTC +04:00)

Avtoşluq edən futbolçu komandadan qovuldu

"Kəpəz" komandası "Neftçi"dən icarəyə götürdüyü Vurğun Fərəczadəni komandadan qovub. Lent.az-ın rekord.az-a istinadən verdiyi məlumata görə, bu barədə Gəncə klubunun vitde-prezidenti Nofəl Əzizov açıqlama verib. Onun sözlərinə görə, oyunçunun sosial şəbəkədə avtomobilini yüksək sürətlə hərəkət etdirməsi ilə bağlı yaydığı görüntülər Gəncə komandasının rəhbərliyinin belə bir addım atmağına səbəb olub: "Vurğunun üzr istəyib-istəməməsi artıq heç nəyi dəyişməyəcək. Biz onunla müqaviləni pozub məxsus olduğu "Neftçi"yə geri göndərmişik".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Oxşar yazılar