Avropa Oyunlarında Azərbaycan idmançılarının hədəfi açıqlandı
11 iyun 2015 17:03 (UTC +04:00)

Avropa Oyunlarında Azərbaycan idmançılarının hədəfi açıqlandı

 

“Yarışlarda Azərbaycan idmançılarının nə qədər uğur qazanacağı barədə proqnoz vermək düzgün deyil.  Yarışlar gərginliyi və həyəcan bəzən məşhur idmançıların, çempionları da birinci turlarda uduzmasına səbəb olur. Bəzən də gözlənilməyən idmançı qızıl medal qalır. Buna baxmayaraq, bizim imkanlarımız çox genişdir. Yarışların ev sahibi olmağımız əsas üstünlüklərimizdəndir”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri bu sözləri Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının yarışlara hazırlığı və hədəfləri barədə suala cavabında deyib.

 

Nazir qeyd edib ki, bütün idman növlərində və bütün çəki dərəcələrində Azərbaycan idmançıları iştirak edəcək: “Biz hər çəki dərəcəsində çıxış edirik. Bütün idman növlərində idmançılarımız var. Bu bizə medal qazanmaq üçün daha çox imkan verir. İkincisi də azarkeşlərimiz, idmansevərlərimizin dəstəyi bizə medal qazanmaq üçün  kömək olacaq”.

 

A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları bu günə qədər Avropa ölkələri arasında komanda olaraq 10-cu yerə qədər yüksəlib: “Avropa Oyunlarında da məqsədimiz odur ki, 10-cu yerdən aşağı düşməyək. Həm medalların sayın, həm də keyfiyyətinə görə”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 246
avatar

Oxşar yazılar