Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Lent.az-ın “qol.az”a istinadən xəbərinə görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd el-Nenni ən yaxşı oyunçu seçilib. O, səslərin 84 faizini toplayıb.
Qeyd edək ki, el-Nenni Avroliqanın 1/4 finalında CSKA ilə matçda (2:2) iki qolun ötürməsini verib.