Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, iki qarşılaşma baş tutub.
Meydana mükafatlar və avrokuboklar uğrunda mübarizə aparan komandalar çıxıb. İddialıların duelləri Bakıda olub.
Əvvəlcə 7 oyundu qələbə qazanmayan “Zirə” “Qəbələ”ni qəbul edib. İstefası gündəmdə olan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk qələbə ilə 3-cü sıranı qaytarmaq niyyətində idi. Roman Qriqorçukun komandası isə ardıcıl iki heç-heçədən sonra 3 xalı arzulayırdı. Lakin hər iki komandanın istəyi gerçəkləşməyib. Tərəflər hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar və qələbəsizlik seriyasını davam etdiriblər.
Həftənin son matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməli idi. 5 tur idi uduzmayan Tərlan Əhmədovun yetirmələri bu seriyanı davam etdirib. Belə ki, dramatik keçən matçda 4 qol vurulub və komandalar hərəyə 1 xalla kifayətləniblər. Bununla 2018-ci ilin ən yaxşısı olan Samir Abasovun komandası 10 oyundu məğlub olmur.
Topaz Premyer Liqası
XXII tur
8 aprel
“Neftçi” – “Sumqayıt” - 2:2
Qollar: Mirabdulla Abbasov, 45; Namiq Ələsgərov, 63 - Rəşad Eyubov, 41; Cavid İmamverdiyev, 79
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 0:2
“Zirə” – “Qəbələ” - 1:1
Qollar: M. Duriç, 53 (pen.) - S. Monroz, 78
Mövsümün əvvəlki oyunları: 1:1, 2:1, 1:2
|
1. |
Qarabağ |
22 |
16 |
5 |
1 |
32-8 |
53 |
|
2. |
Qəbələ |
22 |
12 |
5 |
5 |
36-22 |
41 |
|
3. |
Sumqayıt |
22 |
10 |
6 |
6 |
29-24 |
36 |
|
4. |
Zirə |
22 |
9 |
8 |
5 |
29-21 |
35 |
|
5. |
Neftçi |
22 |
9 |
4 |
9 |
28-24 |
31 |
|
6 |
Səbail |
22 |
5 |
3 |
14 |
14-31 |
18 |
|
7. |
Keşlə |
22 |
4 |
6 |
12 |
19-34 |
18 |
|
8. |
Kəpəz |
22 |
3 |
3 |
16 |
14-37 |
12 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12 qol