Ata Zidan şans verdi, bala Zidan oynadı
17 noyabr 2014 15:59 (UTC +04:00)

Ata Zidan şans verdi, bala Zidan oynadı

"Kastilya"nın baş məşqçisi olan Zinəddin Zidan ilk dəfə oğlu və yetirməsi olan Enzoya şans verib. Lent.az-ın məlumatına görə, 13-cü tur çərçivəsində "Konquense" ilə keçirilən matçda Enzo Zidan da iştirak edib. Qeyd edək ki, qarşılaşma Madrid “Real”ının əvəzedici komandasının qələbəsi ilə yekunlaşıb. Zidan oğlunu oyunun sonlarında, 88-ci dəqiqədə meydana buraxıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435
avatar

Tengiz Məmmədov

Oxşar yazılar