At yarışlarına 250 manatadək pul qoyula bilər
14 dekabr 2012 18:07 (UTC +04:00)

At yarışlarına 250 manatadək pul qoyula bilər

Dekabrın 14-dən fəaliyyətə başlayan “Azintot” MMC-nin Bakı ərazisində 30 məntəqəsi açılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Azəridmanservis” MMC-nin baş direktoru Azər Məhərrəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun dediyinə görə, “Azintot”da da “Topaz” mərc oyunları kimi xüsusi sistem qurulub. Burada 24 saat ərzində pul qoyuluşu edərək, 3 müxtəlif telekanalla yayımlanacaq yarışı “Connec TV” vasitəsilə canlı izləmək mümkündür.

“Azintot”un direktoru Elşən Məmmədzadə isə diler məntəqələrinin tezliklə artacağını bildirib: “Yaxın 10 gün ərzində paytaxtda daha 20 məntəqəmiz açılacaq. Artıq bunun üçün hazırlıq işləri görülür”.

Məmmədzadənin sözlərinə görə, mərc üçün pul qoyuluşu 1 manatdan 250 manatadək olacaq. Uduş məbləği isə yığılacaq puldan – hovuzdan asılı olacaq: “Azərbaycandan ölkə daxili və xaricdə keçirilən yarışlara böyük məbləğdə pul qoymağa imkan vermirik, amma yaxşı qazanmaq şansı yaradırıq. Çünki uduş hovuz sistemindən asılı olacaq. Xaricdəki yarışlar böyük hovuzu ilə diqqət çəkəcək. Bu zaman ora pul qoyuluşu edən vətəndaşlarımızın qazancı daha çox olacaq. Pulun verilmə qaydasına gəldikdə, 2500 manatadək uduşu “Azintot” məntəqələrindən, böyük məbləğdə pulları isə “Unibank”ın Yasamal filialından almaq mümkün olacaq”.

“Azintot” isə əldə edəcəyi vəsaitin böyük hissəsini mükafat kimi qaytardıqdan sonra qalanlarını dövlət büdcəsinə və atçılığın inkişafına yönəldəcək.

Məmmədzadənin sözlərinə görə, bir çox ölkədə at yarışları futbolla eyni səviyyədə olsa da, Azərbaycanda bu, belə deyil. Ölkəmizdə futboldan fərqli olaraq, at yarışlarına pul qoyuluşları yenicə tətbiq olunmağa başlanılıb: “Hazırda ölkəmizdə at yarışlarını, təəssüf ki, çox az adam bilir. İnanırıq ki, yaxın müddətdə at yarışları üçün müştərilərin çoxaldılması istiqamətində işlər görüləcək”.

Məhərrəmov isə ölkəmizdə “Topaz” brendi ilə fəaliyyət göstərən mərc oyunları operatoru olduğu halda, yenisinə hansı zərurətdən irəli gəldiyinə aydınlıq gətirib. O deyib ki, yalnız bir mərc operatorunun olması monopoliya kimi dəyərləndirilə bilərdi: “Yeni operatoru yaratmaq həm olardı, həm də yox. O baxımdan ki, anti-monopoliyadan danışırıqsa, “Hər şey bir şirkətə verilsin” deyə bilmərik. O zaman sual yarana bilər ki, nəyə görə yalnız bir şirkət bu işi görməlidir? Həm də bu işdə bir qədər fərqlilik var. “Topaz” yalnız futbol və bu kimi növlərə pul qoyuluşu qəbul etməklə məşğul olur. Atçılıq isə bir qədər fərqlidir. Futbolda 2 komanda oynayır, onlara müxtəlif variantlar verilir. At yarışlarında isə hovuz yaranır. Bu, müştərilərin sayı ilə bağlıdır. Hovuzdakı pullar sonda uduş sahibləri arasında bölünür. İnsanlar sonadək əmsalı bilmirlər. İlk dönəmi nəzərə alaraq, Azərbaycan üçün şərtləri sadələşdirməyə çalışdıq. At yarışlarını eyni proqram şəklində göstərmək olmazdı. “Topaz” və “Azintot” bir-birinə aidiyyatı olmayan məkanlarda işlərini qurublar. Onların arasında sağlam rəqabət getməlidir”.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev isə bildirib ki, ölkəmizdə belə bir mərc növünün başlanması atçılığın inkişafına təkan verəcək: “Çünki bu mərcdən əldə olunacaq vəsaitin bir hissəsi atçılığın inkişafına yönəldiləcək. Hazırda biz cıdır atlarının sayının artırılması istiqamətində işlər görürük. Məsələn, Beynəlxalq Atçılıq Federasiyasında Almaniyanın qeydiyyatdan keçən atlarının sayı 40 mindir. Başqa sözlə, Almaniyada hər 4 nəfərdən biri atla məşğul olur. Türkiyədə hər gün cıdır yarışı keçirilir. Bizdə isə cıdır yarışlarında 250 - 300 at iştirak edir. Onların sayını ikiqat artırsaq, at yarışlarını həm şənbə, həm də bazar günləri keçirmək olar. Cıdır yarışlarının keyfiyyəti at sayı ilə bağlı məsələlərdir. Gələn il federasiyamız tərəfindən ölkəmizə onlarla at gətirilməsi planlaşdırılır. Atlar digər ölkələrdən gətirilərkən, onlara gömrükdə müəyyən güzəştlər ediləcək. Say artımı üçün auksionlar da keçiriləcək. Ötən ilə nəzərən atların sayını 30-40 faiz artırmaq niyyətindəyik. 2012-ci ildə keçirdiyimiz bütün yarışlarda mərc oyunları təşkil olunub. 2013-cü ildən konkur üzrə 5 beynəlxalq turnir keçiriləcək. Aprel-mayda isə növbəti cıdır mövsümünü başlayacağıq. Bütün cıdır yarışlarında mərc oyunları keçiriləcək. Bu istiqamətdə ciddi iş aparırıq”.

 

# 1135
avatar

Oxşar yazılar

Almaniyada çılpaq futbol  oynadılar

Almaniyada çılpaq futbol oynadılar

3 may 2024 , 10:08
Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

Volkan Demirel istefa ərizəsini rəhbərliyə təqdim edib

3 may 2024 , 09:57
Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33