Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Qazaxıstana qalib gələn (3:1) Türkiyə millisini bir məqam məyus edib. Lent.az-ın məlumatına görə, söhbət “ay-ulduzlular”ın kapitanı Arda Turanın cəzalı duruma düşməsindən gedir. Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Qazaxıstanla matçda sarı vərəqə limitini doldurduğu üçün növbəti qarşılaşmanı buraxacaq.
Türklər növbəti oyunlarını gələn il, martın 28-də Hollandiyaya qarşı keçirəcəklər.