Almaniya kansleri Angela Merkel dünən keçirilən Almaniya-Portuqaliya (4-0) matçından sonra futbolçularla görüşüb. Lent.az-ın xəbərinə görə, paltardəyişmə otağına gələrək qazandıqları qələbəyə görə futbolçuları təbrik edən A.Merkel onlarla şəkil də çəkdirib.
Kansler eyni zamanda futbolçular Lukas Podolski və Julyan Drexlerlə də “selfie” edib. L.Podolski “selfie”ni Twitterdəki səhifəsinə paylaşıb və Merkelin final oyunu üçün də Braziliyaya gələcəyinə söz verdiyini söyləyib.
Rəsmi görüş üçün Braziliyada səfərdə olan və səfərin son günündə Almaniya-Portuqaliya oyununu tribunadan izləyən Merkel əvvəllər də yığmanı təbrik etmək üçün paltardəyişmə otağına gedib.