Alpinistlərimiz “Xan Tenqiri”də
29 iyul 2013 11:23 (UTC +04:00)

Alpinistlərimiz “Xan Tenqiri”də

Alpinistlərimiz "Tyan-Şan-2013" - "Xan Tenqri” və "Qələbə” zirvələrinə ekspedisiyaya başlayıblar. Azərbaycan Alpinizm Federasiyasından (AAF) Lent. az-a verilən məlumata görə, ötən həftənin sonunda Azərbaycan alpinistləri Sirxan Məmmədov və Firuz Dadaşov Bişkekə yola düşüblər. Onlar helikopterlə Cənub İnılçek buzlağında yerləşən baza düşərgəsinə çatdırılıblar. Avqustun sonunadək alpinistlərimiz "Xan Tenqri” və "Qələbə” piklərinə yürüş etməyi planlaşdırıblar.

 

S. Məmmədov və F. Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir. Bu zirvələr fəth olunduğu halda idmançılarımız "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın hündürlüyü 7 mindən çox olan beş zirvəsi- "Xan Tenqri”, "Qələbə”, "Lenin”, "Korjenevskaya”, "Kommunizm” fəth olunmalıdı. "Qar bəbiri" adına indiyə qədər 621 alpinist layiq görülüb.

 

Qeyd edək ki, bu titula Azərbaycanın tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar