21 yaşadək futbolçulardan ibarət yığmamız Avro-2017-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız öz meydanında Almaniya millisi ilə üz-üzə gəlib.
Bu ay keçirdiyi ilk görüşdə Avstriyaya uduzan (0:2) U-21-in almanlarla matçda hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Yaşar Vahabzadənin komandası güclü rəqibi qarşısında heç nə ilə yadda qalmayıb.
İlk yarıda hesabda geri düşən və hissənin son dəqiqələrində azlıqda qalan millimiz, oyunun sonlarında tamamilə təslim olub. Qonaqların heyətində 2 dəfə Selke, bir dəfə isə Kimmix fərqlənib.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında isə Farer adalarına 1:0 hesabı ilə qalib gəlib.
8 sentyabr
Azərbaycan – Almaniya - 0:3
Qol: Selke, 33, 90+3, Kimmix, 88 (pen.)
Qırmızı vərəqə: Adil Nağıyev, 45
“Dalğa Arena”. Hakimlər: Aleksandr Bukaut, Cimmi Kremers, Lauren Konott, Nikolas Laforq (hamısı Belçika)
|
1. |
Avstriya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
|
2. |
Almaniya |
1 |
1 |
0 |
0 |
3:0 |
3 |
|
3. |
Finlandiya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
|
4. |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
1:5 |
3 |
|
5. |
Rusiya |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
6. |
Farer adaları |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |