Bir çox klubların maraq dairəsində olan Dortmund “Borussiya”sının futbolçusu Marko Roys oynamaq istədiyi komandanın adını açıqlayıb. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi “Barselona”da oynamağı arzulayır. Qeyd edək ki, FİFA-nın cəzasına əsasən, “Barsa” hələlik yeni transfer edə bilməz. Buna baxmayaraq, Roys nə vaxtsa Kataloniya klubuna keçmək niyyətindədir.
Almaniya yığmasının üzvü ilə həmçinin “Bavariya” və “Mançester Siti” klubları danışıq aparır.