Bu gün Qazaxıstanın paytaxtı Astanada UEFA-nın XXXVIII növbəti Konqresi keçiriləcək. Lent.az-ın məlumatına görə, toplantıda AFFA-nı baş katibi Elxan Məmmədov və Reklamlar və Marketinq Departamentinin rəisi Cavid Qarayev təmsil edir.
Qeyd edək ki, Konqresdə ötən ilin hesabatı veriləcək və 2014-2015-ci il maliyyə ilinin büdcəsi təsdiqlənəcək.