AFFA İntizam Komitəsinin iclası keçirilib.
Lent.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, İK Topaz Premyer Liqanın 18-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Sabah” – “Qarabağ” matçında meydan sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Həmçinin meydan sahibi komandanın futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Neftçi” – “Səbail” matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.