AFFA: “MDB çempionatı real deyil”
17 dekabr 2012 18:39 (UTC +04:00)

AFFA: “MDB çempionatı real deyil”

“MDB çempionatının keçirilməsi ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib. O halda, nə üçün bu məsələyə baxmalıyıq”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Məmmədov bildirib ki, belə bir çempionatın keçirilməsi ideya kimi irəli sürülüb. Amma Rusiya Futbol İttifaqı AFFA-ya heç bir təklif ünvanlamayıb. Baş katibin fikrincə, bu ideyanın həyata keçməsi real deyil: “Hazırkı təqvimi, situasiyanı nəzərə alaraq, bu çempionatın reallaşacağını düşünmürəm. Çünki təqvimdə boş günlər yoxdur. Müstəqil çempionatımız var, mütəmadi oyunlar keçirilir. “Neftçi”nin avrokuboklardakı çıxışı bir daha sübut etdi ki, Premyer Liqa inkişafdadır, ildən-ilə güclənir”.

 

Qeyd edək ki, MDB çempionatının təşkili ideyasını Rusiyanın “Zenit” klubunun faktiki rəhbəri, “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller irəli sürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890
avatar

Oxşar yazılar