AFFA klublara cərimə yağdırdı
03 noyabr 2015 13:06 (UTC +04:00)

AFFA klublara cərimə yağdırdı

0

 AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XI turunun qarşılaşmalarında baş verənlərlə bağlı müzakirələr aparılıb. Nəticədə 4 klub ümumilikdə 5000 manat məbləğində cərimələnib.

 

Komitə “Sumqayıt” – “Neftçi” matçında  hər iki komandanı cəzalandırıb. Qonaqlar 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ödəyəcək. “Rəvan” – “Xəzər Lənkəran” görüşünün 80-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə üçün hər iki klub 1000 manat cərimə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar