Abramoviçdən fantastik transfer büdcəsi: 240 milyon dollar
26 dekabr 2012 18:06 (UTC +04:00)

Abramoviçdən fantastik transfer büdcəsi: 240 milyon dollar

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç komandanın gücləndirilməsi naminə böyük məbləğdə pulundan keçməyə hazırdır. Lent.az-ın “Sunday Express”ə istinadən verdiyi məlumata görə, “göylər”ə 2013-cü ildə oyunçu transferləri üçün 150 milyon funt (təxminən 240 milyon dollar) ayrılacaq.

 

“Çelsi” ilk növbədə, İspaniya “Atletiko”sunun superforvardı Radamel Falkaonu almağa köklənib. 50 milyon funt qiyməti olan Falkao artıq Abramoviçin dəvəti ilə komandanın məşq düşərgəsində də olub. Kolumbiyalı hücumçu İspaniya çempionatında 50 oyuna 43 qol vurmaqla yanaşı, Avropa Superkubokunda “Çelsi”nin qapısından 3 top keçirib.

 

“Zadəganlar” Ukrayna “Şaxtyor”undan 35 milyon funt dəyəri olan Villianı da almağa hazırlaşırlar. London klubu hazırda “Vest Bromviç”də çıxış edən Romela Lukakunu da qaytarmaq niyyətindədir. Paytaxt komandası bununla da kifayətlənmək fikrində deyil.

 

Qeyd edək ki, hazırda “Çelsi”yə Roberto Di Matteonu əvəzləmiş Rafael Benites rəhbərlik edir. Çempionlar Liqasında 1/8 finala vəsiqə qazana bilməyən komanda İngiltərə Premyer Liqasında lider “Mançester Yunayted”dən 11 xal geri qalır.

# 1404
avatar

Oxşar yazılar