İspaniyanın "Valensiya" klubunun yeni prezidenti müəyyənləşib. Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, Amadeo Salvonun istefasından sonra boş qalmış bu vəzifəyə sinqapurlu biznesleydi Çan Lay Hoon gətirilib. O, "Valensiya"nın ilk qadın prezidenti kimi klubun tarixinə keçib.
Qeyd edək ki, "Valensiya" hazırda La Liqanın turnir cədvəlində 24 xalla 5-ci pillədədir.