"Traktor Sazi" yenə uduzdu
31 oktyabr 2015 18:07 (UTC +04:00)

"Traktor Sazi" yenə uduzdu

0

İran çempionatında 11-ci turunun oyunları keçirilib.

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "Saba Qom"un qonağı olub.

Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan Cənubi Azərbaycan təmsilçisi ikinci hissədə oyunda dönüş edə bilməyib. Oyun elə bu hesabla da başa çatıb. 

Qeyd edək ki, bu nəticədən sonra 14 xalda qalan "Traktor Sazi" turnir cədvəlinin 10-cu pilləsinə yuvarlanıb.

 


31 oktyabr

İran çempionatı, 11-ci tur

"Saba Qom" - "Traktor Sazi" - 2:1
Qollar:
 Kardoso, 19-avtoqol (1:0), Yunes, 30 (1:1), Eslami, 41 (2:1)  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar