"Trabzonspor" klubu baş məşqçi Vahid Halilodziçlə yollarını ayırıb. Lent.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Lokeren"lə bərabərə qalan komandada bosniyalı məşqçinin fəaliyyətinə son qoyulub.
Komandaya ötən mövsüm "Fənərbaxça"nı çempion edən Ərsun Yanalın gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Vahid Halilhodziç "Trabzonspor"a 2014-cü ilin iyulunda baş məşqçi təyin olunub. Onun köməkçilərindən biri əvvəllər "Qarabağ" və "Qəbələ"də çalışmış Fatih Kavlakdır. Türkiyə Superliqasında 8 turdan sonra "Trabzonspor" 9 xalla 12-ci pillədə qərarlaşıb. Bu komandanı noyabrın 9-da "Konyaspor"la görüşə klubun koordinatoru Sadi Tekelioğlunun çıxaracağı bildirilir.