“Real Madrid”in Çempionlar Liqasında səfər qarşılaşması türkiyəli hakimlər briqadasına tapşırılıb.
Lent.az-ın UEFA -nın rəsmi saytına istinadən məlumatına görə, Cüneyt Çakır Çempionlar Liqasının A qrupu çərçivəsində keçiriləcək "Malmö" - "Real" qarşılaşmasını idarə edəcək.
Yan xətt hakimləri isə Bahəttin Duran və Tarık Ongündür.
Dördüncü hakim isə Mustafa Eyisov yerinə yetirəcək.
Hüseyn Göçək və Barış Şimşək də əlavə köməkçi hakimlərdi.
Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 30-da baş tutacaq