"Qarabağ"ın məşqçisi xəstəxanaya düşdü
16 yanvar 2015 02:16 (UTC +04:00)

"Qarabağ"ın məşqçisi xəstəxanaya düşdü

Hollandiyada işguzar səfərdə olan "Qarabağ"ın U-17 komandasının məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhhətində problem yaranıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, onda ani ürək dayanması halı baş verib.

 

"Qarabağ" rəhbərliyinin  təşəbbüsü ilə Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib. Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hal-hazırda palataya yerləşdirilib və onun durumu qənaətbəxşdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar