"Qarabağ"ın futbolçusu Albaniya yığmasına çağırıldı
04 oktyabr 2014 19:16 (UTC +04:00)

"Qarabağ"ın futbolçusu Albaniya yığmasına çağırıldı

0

Albaniya millisinin baş məşqçisi Canni de Biazi Avropa çempionatının seçmə oyunları üçün heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Danimarka ilə ev, Serbiya ilə səfər matçları üçün 27 futbolçuya dəvət göndərib.

 

Bunların arasında “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli də var. Bundan başqa, vaxtı ilə AZAL-da çıxış etmiş, hazırda ölkəsinin “Tirana” klubunda oynayan mərkəz yarımmüdafiəçisi Ervin Bulku da bu matçlar üçün heyətə çağırılıb.

 

Qeyd edək ki, Albaniya millisi oktyabrın 11-də Elbasan şəhərində Danimarkanı qəbul edəcək. 3 gün sonra isə Belqradda Serbiya ilə görüş onları gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1136

Oxşar yazılar