Apasport.az saytının xəbərinə görə, günün ilk matçı Sumqayıtda keçirilib.
Eyniadlı komandanın qonağı olan “Neftçi” 3 xal qazanıb. Paytaxt təmsilçisinin heyətində yeganə qolu kamerunlu legioner Ernst Nfor vurub.
Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Qəbələ” arasında baş tutan turun mərkəzi qarşılaşmasında isə 2 qol vurulub. İlk yarının son dəqiqəsində Vüqar Nadirovun dəqiq zərbəsindən sonra meydan sahibləri fasiləyə öndə yollanıb. İkinci qolu isə matçın 89-cu dəqiqəsində penalti zərbəsindən Reynaldo vurub. Qeyd edək ki, turun digər görüşləri oktyabrın 18-də və 19-da keçiriləcək.
17 oktyabr
“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Ernst Nfor, 12
“Qarabağ” – “Qəbələ” - 2:0
Qollar: Vüqar Nadirov, 45; Reynaldo, 90 (pen)