Apasport.az saytının məlumatına görə, son matç günündə azarkeşlər bir-birindən maraqlı qarşılaşmalara şahidlik edəcək.
Belə ki, iki matçı təxirə salınan və liderliyini qorumağa çalışan “İnter” səfərdə “Neftçi”nin qonağı olacaq. Paytaxt derbisinə çıxacaq “bankirlər” qələbə qazanıb, dövrənin qalibi olmaq niyyətindədir. Lakin heç-heçə də Kaxaber Sxadadzenin yetirmələrinin zirvədəki yerini qoruya bilər. Bunun üçün “Qarabağ” da xal itirməlidir.
Ardıcıl dörd qələbə qazanan Ağdam klubu isə Tofiq Bəhramov adına Respublika stadionunda 2014-cü ildə iki dəfə uduzduğu “Xəzər Lənkəran”ı qəbul edəcək. Qurban Qurbanovun komandasının büdrəməsi “Neftçi”ni ilk pilləyə yüksəldə bilər.
Qeyd edək ki, turun açılış günü “Qəbələ” evdə “Sumqayıt”a 3:1, “Bakı” AZAL-a 1:0, “Simurq” “Araz Naxçıvan”a 4:0 hesabı ilə qalib gəlib.
26 oktyabr (bazar)
16:00. “Neftçi” – “İnter”
"Bakcell Arena"
18:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu