"Qalatasaray" klubu itki ilə üzləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, klubun hücumçusu Burak Yılmaz zədələnərək sıradan çıxıb. O, "Sivasspor"la oyunda əzələsini dartan futbolçunun növbəti turda meydana çıxması sual altındadır.
Qeyd edək ki, B.Yılmazdan əvvəl "Qalatasaray"ın yarımmüdafiəçisi Felipe Melo da zədələnib. O, ötən gün belindən əməliyyat keçirib.