"Qalatasaray"dan 20-ci qələbə
19 oktyabr 2014 10:34 (UTC +04:00)

"Qalatasaray"dan 20-ci qələbə

Türkiyə Superliqasının VI turunda “Türk Telekom Arena”da “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” derbilərdə üstünlüyə sahib olub. Apasport.az saytının məlumatına görə, 88 və 90+1-ci dəqiqələrdə Uesli Sneyderin dublu sayəsində 3 xala sevinən “Cim-Bom” son 4 mövsümdə 20-ci qələbəsini qazanıb.

 

“Aslanlar”ın “Beşiktaş” və “Fənər”lə oynadığı bu görüşlərin 17-si ölkə çempionatında baş tutub ki, 3 qarşılaşma da Türkiyə kubokunda reallaşıb. “Sarı-qırmızılar” 11 dəfə meydanı qalib tərk edib. 6 matç heç-heçə başa çatıb. 3 oyunda isə məğlubiyyətə üzülüb.

 

Bundan başqa, “Qalatasaray” Superliqanın son 3 mövsümündə “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”la “Türk Telekom Arena”da qarşılaşdığı oyunların 7-sində sevinən tərəf olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118
avatar

Oxşar yazılar