Türkiyə Superliqasında V tura start verilib. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
“Mersin İdmanyurdu” “Bursaspor”u doğma azarkeşləri önündə məğlub edib. Bununla da Mersin təmsilçisi lider “Akhisar Bələdiyyəspor”a şərik olub.
“Qalatasaray”la “Fənərbaxça” isə bu gün oyuna çıxıb. “Cim-Bom” səfərdə “Ərciyəsspor” qarşılaşıb və rəqibini 2:1 hesabı ilə üstələyib.
“Sarı bülbüllər” isə dogma publika önündə “Konyaspor”la üz-üzə gəlib. Matçın ilk yarısında azlıqda qalan “Fənər” əzmkar qələbə qazanıb – 2:1.
Bu gün isə “Başakşəhər” – “Akhisar Bələdiyyəspor”u, “Əskişəhərspor” “Rizəspor”u, “Karabükspor” “Trabzonspor”u və “Balıkəsirspor” “Beşiktaş”I qonaq edəcək.
Türkiyə Superliqası
V tur
3 oktyabr
“Mersin İdmanyurdu” – “Bursaspor” - 2:1
Qolar: Sərvət Çetin, 33; Sinan Kaloğlu, 90+3 – Sərdar Aziz, 90+6
4 oktyabr
“Kasımpaşa” – “Qaziantepspor” - 4:2
Qollar: Böyük, 39, 64, Malki, 78, Torun, 90 - Çibuke, 71, Çağlayan, 90+3
“Sivasspor” – “Gənclərbirliyi” - 1:0
Qol: Da Kosta, 41
“Ərciyəsspor” – “Qalatasaray” - 1:2
Qollar: Osmanpaşa, 81 - Burak, 52, Sneyder, 68
“Fənərbaxça” – “Konyaspor” - 2:1
Qollar: Vebo, 27, Sou, 56 - Rangelov, 42-pen
5 oktyabr
15:30 “İstanbul Başakşəhər” – “Akhisar Bələdiyyəspor”
18:00 “Əskişəhərspor” – “Rizəspor”
18:00 “Karabükspor” – “Trabzonspor”
21:00 “Balıkəsirspor” – “Beşiktaş”
|