"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının "Canal+" telekanalına istinadən məlumatına görə, "Liverpul" fransız futbolçunun transferini bitirmək üzrədi.
Artıq baş məşqçi Yurgen Klopp Nabil Fekirlə görüşüb və ondan transferin baş tutacağına dair razılıq alıb. Keçidin Mersisayd klubuna 70 milyon avroya başa gələcəyi gözlənilir.