Avropa Oyunlarında karateçilərimizdən ikinci qızıl medal
13 iyun 2015 19:20 (UTC +04:00)

Avropa Oyunlarında karateçilərimizdən ikinci qızıl medal

0

“Karatemizin Maradonası” təxəllüslü idmançımız Rəfael Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Lent.az-ın məlumatına görə, o, final qarşılaşmasında italyan idmançısı Luiqi Busa qarşılaşıb. Görüş  1-0 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, ilk görüşdə ukraynalı İlya Nikulinə 3-0 hesabi ilə qalib gəlib. R. Ağayev ikinci görüşdə türkiyəli idmançı Erman Eltemuru ilə qarşılaşıb. Həmyerlimiz bu qarşılaşmada 3-5 hesabı ilə məğlub olub. Qrupun sonuncu qarşılaşmasılnda Latviyanı təmsil edən Ruslan Sadıqovla qarşılaşan idmançımız  3-1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Rafael Ağayev yarımfinal yarışmasında alman Bitsch Noahla qüvvəsini sınayıb. Görüş 1-0 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar