APA-nın məlumatına görə, paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedir.
Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vuracaq. Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi gətirəcək. Bayraq Avropa Olimpiya Komitəsinin 50 üzvünü təmsil edir.