"Fənərbaxça"nın tanınmış futbolçusu "İnter"lə razılaşdı
14 iyun 2016 17:47 (UTC +04:00)

"Fənərbaxça"nın tanınmış futbolçusu "İnter"lə razılaşdı

0

Daha bir futbolçu “Fənərbaxça”nı tərk etmək üzrədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Luiş Nani karyerasını İtaliyada davam etdirməyə qərar verib.

 

Belə ki, Nani “İnter”lə razılığa gəlib. Hazırda Portuqaliya yığmasının düşərgəsində olan 30 yaşlı futbolçunun Avropa çempionatından sonra “neradzurra” ilə rəsmi sözləşmə imzalayacağı bildirilir.

 

Tərəflər 3 illik anlaşmaya qol çəkəcəklər. Razılaşmaya əsasən, Nani yeni klubunda mövsümə 3,2 milyin avro qazanacaq.

 

Qeyd edək ki, Nani “Fənərbaxça”ya 2015-ci ildə “Mançester Yunayted”dən transfer olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar