“Fənərbaxça”nın kapitanı Əmrə Bəlözoğlu komandadan ayrılıb. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müqaviləsi başa çatan futbolçu ilə yeni müqavilə imzalanmayıb.
Klubun rəsmi saytında keçmiş kapitana təşəkkürlər bildirilib. 35 yaşlı futbolçunun yeni sezonda hansı klubda forma geyəcəyi hələlik bəlli deyil.