Azərbaycanın dağ xizəkçisi 53-cü oldu – <span style="color:red;">YENİLƏNİB 2
19 fevral 2014 16:14 (UTC +04:00)

Azərbaycanın dağ xizəkçisi 53-cü oldu – YENİLƏNİB 2

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dağ xizəkçilərinin nəhəng slalom yarışına yekun vurulub. Lent.az-ın məlumatına görə, kişilərin mübarizəsində Azərbaycanı təmsil edən Patrik Braxner ikinci yürüşünü 1 dəqiqə 32,31 saniyəyə başa vurub.

 

İki yürüşün cəmində avstriyalı legioner 3 dəqiqə 3,63 saniyə nəticə ilə 53-cü yeri tutub. O, ilk yürüşdəki nəticəsi ilə müqayisədə mövqeyini 7 pillə yaxşılaşdırıb. İkinci yürüşdə 79 iştirakçıdan 72-si finişə çata bilib. Qalan 7 idmançıdan 6-sı finişə çatmayıb, 1-i isə diskvalifikasiya edilib.

 

Qeyd edək ki, olimpiya çempionu adına iki yürüşün cəmində 2 dəqiqə 45,29 saniyə nəticə göstərən Ted Ligeti (ABŞ) sahib çıxıb. Stiv Misilye (Fransa) 2 dəqiqə 45,77 saniyə göstərici ilə gümüş, finişə 2 dəqiqə 45,93 saniyəyə çatan onun həmyerlisi Aleksis Pentyuro isə bürünc medal qazanıb. 

***

13.10

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən dağ xizəkçisi Patrik Braxner nəhəng slalom növündə ilk yürüşünü başa vurub. Lent.az-ın məlumatına görə, avstriyalı legioner finişə 1 dəqiqə 31,32 saniyəyə çataraq, lider Ted Ligetidən (ABŞ) 10,24 saniyə geri qalıb.

 

Bu nəticə ilə Braxner 109 iştirakçı arasında 60-cı yeri tutub. Finişə isə 79 idmançı çata bilib. Qalan 30 iştirakçıdan 2-si starta çıxmayıb, daha 2-si diskvalifikasiya edilib, 26-sı isə finişə çatmayıb.

 

Qeyd edək ki, Patrik Braxner saat 14:30-da finişə çatmağı bacaran digər idmançılarla birgə ikinci yürüşə qatılacaq. İki yürüşün yekununda idmançıların göstəriciləri toplanılacaq və nəticədə qalib müəyyənləşəcək.

 

***

10.22

Soçi-2014: Azərbaycanın daha bir təmsilçisi mübarizəyə başlayır

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanın daha bir təmsilçisi bu gün mübarizəyə qoşulacaq. Lent.az-ın məlumatına görə, kişi dağ xizəkçimiz Patrik Braxner nəhəng slalom üzrə yürüşlərdə qüvvəsini sınayacaq.

 

İlk yürüşə saat 11:00-da start veriləcək. 22 yaşlı idmançımız 109 iştirakçı arasında 59-cu sıra nömrəsi ilə çıxış edəcək. Birinci mərhələdə finişə çatmağı bacaranlar saat 14:30-da ikinci yürüşə qatılacaqlar. İki yürüşün cəmində daha yaxşı nəticə göstərən xizəkçi qalib elan olunacaq.

 

Qeyd edək ki, daha öncə fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikovdan ibarət duetimiz 12-ci yeri tutub.

 

# 2531
avatar

Oxşar yazılar