"Barselona" futbolçusu Neymarla müqaviləni yeniləməyə hazırlaşır.
Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə İspaniya mətbuatı yazıb. Kataloniya klubu bu yay braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayacaq.
Bildirilir ki, "Barsa" yeni müqavilə ilə Neymara 250 milyon avro təzminat qiyməti qoyacaq.
Qeyd edək ki, Neymar 2013-cü ildən "Barsa"da oynayır.