[b]Məşhur futbolçular referenduma görə yumruqlaşdı[/b]
03 oktyabr 2017 15:52 (UTC +04:00)

[b]Məşhur futbolçular referenduma görə yumruqlaşdı[/b]

İspaniya millisinin müdafiəçiləri Serxio Ramosla Xerard Pike yenidən qalmaqal yaşayıblar. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, yığma üzvləri bu dəfə yumruqlarını işə salıblar.

 

Belə ki, tez-tez bir-birilərinə söz atan cütlük yığmanın düşərgəsində olarkən insident iştirakçısı olublar. Pikenin referendumda fəal iştirakından narahat olan komanda yoldaşı ona kollektivin əhval-ruhiyyəsini pozduğunu söyləyib. Pikenin cavab qaytarması ilə gərginlik artıb və futbolçular əlbəyaxa olublar. Onları komanda yoldaşları çətinliklə ayırıblar.

 

Qeyd edək ki, Serxio Ramos tez-tez “Barselona”nın, Xerard Pike isə “Real”ın əleyhinə açıqlamalar verdiyindən, cütlük dəfələrlə üz-üzə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

ApaSport TV

Oxşar yazılar