<b>Maqnus Karlsen yenidən dünya çempionu oldu</b>
01 dekabr 2016 04:04 (UTC +04:00)

Maqnus Karlsen yenidən dünya çempionu oldu

0

Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, rusiyalı Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu qoruyub saxlaya bilib.

 

Beləliklə, şahmat tacı uğrunda Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə 26 yaşlı Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək 16-cı dünya çempionu olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar