![[b]İbrahimoviç FİFA-ya meydan oxudu[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]İbrahimoviç FİFA-ya meydan oxudu[/b]
Los Anceles Qalaksi” klubunun yeni transferi Zlatan İbrahimoviç FİFA-ya meydan oxuyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu dünya çempionatına buraxılmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Bukmeker kontorlarından biri ilə müqaviləsi olduğu üçün FİFA-nın mundiala buraxmaq istəmədiyi isveçli veteran forvard ali futbol qurumunun belə hüququnun olmadığını söyləyib: “FİFA məni dayandıra bilməz. Bir yerdə olmaq istəsəm, olaram. Bu, milli komanda üçün də keçərlidi. İstəsəm, yığmada yer alaram. Bu, FİFA-nın yox, mənim qərarımdan asılıdı”.
İbrahimoviç İsveç yığmasına qayıdacağını da istisna etməyib: “Hər şey yaxşı getsə və illərdi gördüyüm işi davam etdirsəm, bu barədə danışmaq olar. İndi futbol oynadığım üçün xoşbəxtəm. Dünya çempionatında olub-olmayacağımı da birlikdə görəcəyik”.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-cı ildəki Avropa çempionatından sonra milli karyerasını başa vurub.
Oxşar yazılar

Emrelinin yeni komandası müəyyənləşdi - RƏSMİ
24 iyun 2025 , 22:22
10 ən bahalı transferlər - SİYAHI
24 iyun 2025 , 19:59
Messinin ad günüdür: 38 yaşı tamam olur
24 iyun 2025 , 16:55
Timsah məşq edən futbolçunu yedi
24 iyun 2025 , 11:30
Alonso gələn kimi onu 90 milyona satır
24 iyun 2025 , 09:54
Cerrard ən yaxşı hücumçunun adını çəkdi: Seçimi “Liverpul” azarkeşlərini təəccübləndirəcək
23 iyun 2025 , 19:46
Futbolçu Mişi Batşuayidir: Yeni üslubu gündəm oldu
23 iyun 2025 , 18:55