<b>DÇ-2018: Ronaldo tarixə düşdü</b>
16 iyun 2018 00:23 (UTC +04:00)

DÇ-2018: Ronaldo tarixə düşdü

Kristiano Ronaldo tarixə düşüb.

 

Apasport.az saytının məlumatına görə, portuqaliyalı super ulduz DÇ-2018-in İspaniya ilə matçında qol vuraraq adını tarixə yazdırıb.

 

Belə ki, penaltidən vurduğu qolla hesabı açan Ronaldo üst-üstə 8 böyük turnirdə fərqlənən ilk oyunçu olub. Kristiano AÇ-2004, DÇ-2006, AÇ-2008, DÇ-2010, AÇ-2012, DÇ-2014, AÇ-2016-dan sonra DÇ-2018-də də ən az bir dəfə rəqib qapıçını məyus edə bilib.

 

Üstəlik ardıcıl 4 dünya çempoionatında da qol vuran Ronaldo (DÇ-2006 - İran, DÇ-2010 - Şimali Koreya, DÇ-2014 – Qana) tarixdə bunu bacaran 4-cü oyunçu olub. Daha əvvəl bunu Uve Seelar, Pele və Miroslav Kloze bu göstəricini təkrarlayıb.

 

Qeyd edək ki, hazırda dünya çempionatında iştirak edən Tim Keyhil (Avstraliya) və Rafael Markez (Meksika) da Ronaldoya “qoşula” bilər. Hər iki oyunçu daha əvvəl 3 DÇ-də rəqib qapıçını məyus edə bilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar