Almaniya millisi ciddi itki ilə üzləşib.
Lent.az-ın “qol.az”a istinadən xəbərinə görə, bundestimin aparıcı oyunçularından olan Məsut Özil zədələnib.
Komandanın baş məşqçisi Yoahim Löv Almaniya mətbuatına açıqlamasında Özilin DÇ-2018-in ilk turunda Meksika ilə matçda oynamayacağını bildirib.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Almaniya - Meksika qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.