Dünyanın ən cazibədar  şəhərləri hansılardı?
04 avqust 2026 05:32 (UTC +04:00)

Dünyanın ən cazibədar şəhərləri hansılardı?

0

2026-cı il üçün hazırlanan yeni reytinqdə dünyanın ən cazibədar turizm şəhərləri müəyyənləşdirilib. Siyahıda ABŞ və Asiyanın məşhur meqapolisləri üstünlük təşkil edir.

Lent.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.

Araşdırmaya əsasən, reytinq təkcə turist axınını və hotellərin doluluq səviyyəsini deyil, həm də şəhərlərin qlobal tanınmasını və ziyarətçilərdə yaratdığı emosional təəssüratı qiymətləndirir.

2026-cı ilin Qlobal Turizm Şəhərlərinin Cazibədarlığı İndeksi (Global Tourism City Attractiveness Index) "Yanolja" Araşdırma Mərkəzi tərəfindən hazırlanıb. Tədqiqat çərçivəsində sosial şəbəkələrdə 14 dildə aparılan müzakirələr təhlil edilərək dünyanın 200 turizm istiqaməti qiymətləndirilib.

İndeks iki əsas meyar üzrə hesablanıb: şəhərlərin qlobal tanınma səviyyəsi və ziyarətçilərdə yaratdığı emosional təsir. Bundan əlavə, tədqiqatçılar səyahətlə bağlı 419 söz və ifadəni təhlil edərək şəhərlərin estetikası, təbiəti, mədəniyyəti, tarixi, səyahət təəssüratları və qonaqpərvərliyi kimi amilləri də nəzərə alıblar.

Ümumi reytinq

Tanınma səviyyəsi

Cazibədarlıq

1. Nyu-York

1. Nyu-York

1. Osaka

2. Paris

2. Paris

2. Kioto

3. Osaka

3. London

3. Nyu-York

4. Kioto

4. Roma

4. Seul

5. Seul

5. Banqkok

5. Paris

6. London

6. Seul

6. London

7. Roma

7. Vaşinqton

7. Roma

8. Banqkok

8. Osaka

8. Okinava

9. Okinava

9. Los-Anceles

9. Banqkok

10. Çikaqo

10. Kioto

10. Dubay

Araşdırmaya görə, Nyu-York həm ümumi reytinqdə, həm də tanınma göstəricisində birinci yeri tutub. Mütəxəssislər bunu şəhərin yüksək qlobal tanınması və turistlərdə yaratdığı müsbət emosional təəssüratın uğurlu və nadir vəhdəti ilə izah edirlər.

Hesabatda qeyd olunur ki, ABŞ-nin ümumilikdə 16 şəhəri qlobal "Top-50" siyahısına daxil olub. Bu isə ölkənin mədəniyyət, biznes, əyləncə və turizm sahələrində geniş imkanlara malik olduğunu göstərir.

Avropa şəhərləri arasında ən yüksək nəticəni Paris əldə edib. Fransa paytaxtı ümumi reytinq və tanınma göstəricisi üzrə ikinci, cazibədarlıq reytinqində isə beşinci yerdə qərarlaşıb.

Tədqiqat müəlliflərinin fikrincə, son illərdə Asiya şəhərlərinin mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə Osaka, Kioto, Seul və Okinava turistlərə təqdim etdikləri unikal və yaddaqalan təcrübə sayəsində ön plana çıxır. Cazibədarlıq reytinqində ilk onluğa daxil olan şəhərlərin 60 faizi Asiyada yerləşir.

Mütəxəssislər hesab edirlər ki, müasir turistlər üçün artıq təkcə məşhur görməli yerlər deyil, həm də şəhərin yaratdığı emosional təəssürat, unikal təcrübə və paylaşmağa dəyər xatirələr əsas seçim meyarına çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar