[b]Bu gün DÇ-2018-də üç oyun keçiriləcək[/b]
23 iyun 2018 07:26 (UTC +04:00)

[b]Bu gün DÇ-2018-də üç oyun keçiriləcək[/b]

Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində bu gün daha 3 oyun baş tutacaq.

 

Günün açılış matçı G qrupu çərçivəsində olacaq. İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkəcək. Avropalılar daha bir qalibiyyətlə 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Ancaq tunislilər İngiltərə ilə matçda “asan yem” olmadıqlarını göstəriblər.

 

Ardından F qrupundakı komandalar meydana çıxacaq. Əvvəlcə Meksika ilə Cənubi Koreya üz-üzə gələcək. İlk turda Almaniyanı məğlub edən meksikalılar bu görüşün də favoritidir.

 

Günün son qarşılaşmasında isə Almaniya İsveç önünə çıxacaq. Daha bir məğlubiyyət son dünya çempionunun qrupda qalmasını rəsmiləşdirəcək.

 

Dünya çempionatı

 

Qrup mərhələsi, II tur

 

 

G qrupu

 

16:00. Belçika – Tunis

 

Baş hakim: Jair Marrufo (ABŞ)

 

Moskva. “Spartak” stadionu

 

 

F qrupu

 

19:00. Cənubi Koreya – Meksika

 

Baş hakim: Milorad Maziç (Serbiya)

 

Rostov. “Rostov Arena”

 

 

22:00. Almaniya – İsveç

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

Soçi. “Fişt” stadionu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar